Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


30.08.2019  10:32 

Telman İsmayılovun bank hesablarına yasaq qoyuldu





A+  A-

İsveçrənin Sürix Prokurorluğu iş adamı Telman İsmayılovun bank hesablarına yasaq qoyub.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb İsmayılovun Rusiya bankları qarşısında çoxmilyardlı borclarının olmasıdır.

Prokurorluq “Compagnie Bancaire Helvetique SA” və “Corner Banca SA” banklarında iş adamının hesablarını dondurub.

2018-ci ilin dekabrında İsveçrə Prokurorluğu Telman İsmayılova qarşı cinayət işinə başlamışdı. Onu müflis olan zaman fırıldağa əl atmaqda, kreditorların ziyanına gedərək öz səhmlərini azaltmaqda və s. ittiham edirlər.

Hazırda Çernoqoriyada yaşayan Telam İsmayılov nə İsveçrə Prokurorluğu, nə də Rusiya Prokurorluğu tərəfindən həbs oluna bilmir.

Rusiyada o, sifarişli qətllərdə ittiham olunur və beynəlxalq axtarışa verilib. Müflis olduğu üçün ona məxsus “Praqa” restoranı, “Tropikano” biznes mərkəzi və AST ticarət mərkəzi müsadirə olunub.

Xəbər 1531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +