Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


20.07.2023  12:50 

Yaşayış ola-ola bina sökülür - Video





A+  A-

Bakıda yaşayış ola-ola binanın söküldüyü bildirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”də reportaj dərc edilib.

Bildirilir ki, 40-a yaxın ailə təhlükə ilə üz-üzədir.

Məlumata görə, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada yaşayan sakinlər iddia edirlər ki, fevral ayından özünü “İnvest Construction MMC” şirkətinin əməkdaşları kimi təqdim edən şəxslər binanı sökməyə başlayıblar.

Sakinlər iddia ediblər ki, binanın bir hissəsi söküldüyündən qaz və suyun verilişində də problemlər yaranıb. Şirkət binadakı 170 mənzilin böyük bir hissəsinin sahibinə kompensasiya ödəyərək razılığa gəlib.

Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmir.

İddialarla bağlı “İnvest Construction MMC”dən bildiriblər ki, sökülən binada 122 mənzil sahibi ilə razılaşılıb, müqavilə əsasında bəzilərinə kompensasiya ödənib, bəzilərinin isə kirayə haqqı verilməklə tikiləcək binadan mənzil verilməsi ilə razılığa gəlinib. Şirkətin rəsmi nümayəndəsi əlavə edib ki, narazı olaraq evlərini tərk etməyən sakinlər bazar qiymətinə uyğun ödəniş tələb etmirlər.

“Onlar hər kvadratmetr sahəyə görə, bizdən 6 min manat tələb edirlər”, - şirkətdən deyilib.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, “İnvest Construction MMC” həmin ünvanda bina tikintisi üçün müraciət etsə də, bəzi dövlət qurumlarının rəyi olmadığı üçün tikinti aparmaq üçün onlara müsbət rəy verilməyib.



Xəbər 1241 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +