Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


25.07.2023  23:14 

Subay qalacağını bəyan edən Pərvin yüngül həyat tərzinə maraqlıdır?





A+  A-

Aktrisa Pərvin Abıyeva "Sözbaz" maqazin verilişinə müsahibəsində səsləndirdiyi fikirləri ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb. Pərvin ailə qurmaq istəmədiyini bir daha etiraf edib: "Həyatımda kiminsə olmağını artıq istəmirəm. Artıq evlənmək və ailə qurmaq istəmirəm".

Təbii onun bu fikirləri sosial şəbəkələrdə daha çox qınağa səbəb olub. Çünki, efirdə bu cür fikirlərin səsləndirilməsi həm gənc nəslin tərbiyəsinə zərbə vurur, həm də ailə institutunu kökündən baltalayır, yüngül həyat tərzini təşviq edir.

XəzərNews.az xəbər verir ki, psixoloq Gülnar Orucova mövzu ilə bağlı Bizim.Media-ya danışanb.

O bildirib ki, bir qadın milyonların qarşısında dönə-dönə evlənməyəcəyini və subay qalacağını bəyan edirsə, bu onun yüngül həyat tərzinə marağını göstərir:

"Ailə qurmaq, ana olmaq hər bir qadının ən ülvi və müqəddəs arzusudur. Ən əsası dünyaya uşaq gətirmək hər bir qadının əsas missiyasıdır. Bu missiyadan imtina edən birisinə heç nə ilə haqq qazandırmaq olmaz.

Qadın deyəndə hər birimizdə ailə, uşaq assosasiyası yaranır. Çünki, tarix boyu qadının missiyası bu olub. Baxmayaraq ki, son dönəmlərdə ailə institutu çox böyük zərbələrə tuş gəlib. Hazırda Pərvin Abıyeva kimi düşünən xeyli qadın var. Onlar bütün məsuliyyətdən qaçaraq ancaq özləri üçün yaşayırlar".

Psixoloq başqa bir vacib məqama da toxunub:

"Digər bir problem bəzi sənət adamlarının efirdə sənətindən yox, öz şəxsi həyatlarından daha çox danışmasıdır. Çünki özündən daha çox danışan adamların sənətdə heç bir izi olmur. Onlarda tamaşaçının yaddında sənətləri olmadığı üçün fərdi fikirləri və maddi imkanları ilə yadda qalmaq istəyirlər. Bu mənada Pərvin Abıyevanın belə açıqlamalar verməsi başadüşüləndir".

Xəbər 3773 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +