Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


13.07.2021  10:16 

Şəkərli diabet xəstələri üçün PƏHRİZ





A+  A-

Bu pəhriz şəkərli diabet xəstələri üçün nəzərdə tutulub.
Pəhrizin məqsədi şəkərli diabet xəstələridə karbohidrat və yağ mübadiləsini neytrallaşdıran qida vasitələrinə üstünlük vermək və qanda şəkərin qalxmasına səbəb olan qida maddələrin qəbulunu azaltmaqdır.

Bu pəhrizdə heyvanı yağlar, kalorili qidalar, zülallar, şəkər və şirniyyatlar azlıq təşkil edir. Bu pəhrizdə xolesterolsuz, duzsuz, qızardılmış qidalara üstünlük verilir. Xəstələrə gün ərzində 5-6 dəfə qidalanmaq və qidada karbohidratların bərabər sayda olması məsləhət görülür (300:6).

Şəkərli diabet xəstələrinə yağlı bulyonlar, yağlı xəmir, süddə bişən düyü, mannı, yağlı ördək, qaz, hind quşu əti, hisə verilmiş ət və ət məhsulları, konservlər, balıq kürüsü, duzlu və yağlı balıq, duzlu pendir, şirin kəsmik, makaron məmulatları, turşular, qənd, mürəbbə və şirniyyatlardan istifadə etmək olmaz.

Şəkərli xəstələrin qidası aşağıdakılardan ibarət olmalıdır.

- yağsız mal, quzu, yağsız hind quşu əti

- qızardılmamış balıq əti

- yağsız süd, kəsmik, pendir, qatıq

- yumurta ağından qayğanaq

- kələm, yerkökü, çuğundur, yaşıl noxuddan hazırlanmış salatlar

- dəniz məhsullarından hazırlanan salatlar

- şit kərə yağı ,bütün növ bitki yağları

- təzə meyvə və tərəvəzlər

- az şəkərli konfet

- təbii bal

(modern.az)

Xəbər 2274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +