Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü
Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar


28.10.2022  16:58 

Putin Qarabağla bağlı hansı planı təqdim edir?





A+  A-

Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Moskvanın Xankəndindəki separatçılara dəstəyi kimi qəbul edilə bilər. Ki, bu sirr deyil, hərçənd, bölgədə Qərb-Rusiya qarşıdurması və Ermənistan hakimiyyətinin planı fonunda Kremlin daha çox “dağıdıcı” gediş etdiyini deyə bilərik.

Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi “Vaşinqton sənədi” haqda Putin ermənilərə iki seçim verir:

- Erməni xalqı bunu qəbul edərsə, seçimlərini dəstəkləyəcək;

- Əgər erməni xalqı və Ermənistan rəhbərliyi hesab edirsə ki, “Qarabağın özünəməxsus xüsusiyyətləri var, bu xüsusiyyətlər nəzərə alınmalı və sülh müqaviləsində müzakirə edilməlidir”, bu mümkündür;

Putin bununla ermənilərə “Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz” mesajını çatdırır, lakin fikrinin davamı olaraq “təbii ki, biz Azərbaycanla danışıqlar aparmalıyıq, bu razılaşmalar Azərbaycan üçün məqbul olmalıdır, açıq desək, bu çox çətin məsələdir” deyə qeyd edir.

Bununla:

- Erməni xalqına “Paşinyan Qarabağdan imtina edir”, “Qarabağın xilası” imkanının Rusiyada olduğu mesajını verir;

- Erməni ictimai rəyi üzərindən Paşinyana təzyiqin edilməsinə nail olmaq və sülh sazişinin imzalanmasında Qərbin vasitəçilik planını pozmaq istəyir;

- Lakin “Qarabağın xilası” üçün vəd vermir, Moskvanın Bakı ilə danışıqlarda bu məsələnin “müzakirəsini təşkil edə biləcəyini” deyir;

Məqsədin Rusiyanın təşəbbüsü yenidən ələ alması olduğu aydındır və bunun mümkün Soçi görüşündən öncə açıqlanması da erməni ictimai rəyini formalaşdırmaq məqsədi daşıyır, hərçənd, “Vaşinqton sənədi” fonunda Putinin fikirləri fərqli kontekstdə də diqqət çəkir.

“Vaşinqton sənədi” Qarabağda Azərbaycanın suverenliyini tam tanıyır, lakin kommunikasiyanın açılması (Zəngəzur dəhlizi) və sərhədin delimitasiyası məsələsində Ermənistanın maraqlarına uyğundur.

Nikol Paşinyanın planı belədir ki, kommunikasiya və delimitasiyada istəyinə nail olmaq üçün sənədlə Qarabağdan imtina edir, lakin:

- problemi “hüquqi münaqişə” olaraq saxlamaq istəyir: erməni əhalisinin “hüquq və təhlükəsizliyinin qorunması” adı altında “müqəddəratını təyin etmə” iddiası qalır;
- separatçıların taleyini ilə bağlı yekun nəticənin – müsbət, yaxud mənfi – məsuliyyətini

Moskvanın üzərinə yükləyir;

Bu, həm Bakı və Ankara ilə üz-üzə qalmaq, həm də bölgədə uzunmüddətli mövcudluğunu saxlamaq imkanının zəifləməsi baxımından Moskvanın maraqlarına uyğun deyil. Bu baxımdan, Putinin “Vaşinqton sənədi” və ermənilərə seçim verməsi daha çox Paşinyanın-Qərbin planına qarşı “dağıdıcı” gediş etməkdir.

Asif Nərimanlı

Xəbər 2873 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +