MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


08.11.2021  15:55 

“AzerGold” şəhid və qazi ailələrə yardım edib





A+  A-

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi Zəfər Günü münasibətilə Daşkəsən rayonunda şəhid və qazi ailələrini ziyarət edib.

Səhmdar Cəmiyyətdən XezerNews.az-a daxil olan məlumatda bildirilir ki, ümumilikdə 116 şəhid və qazi ailəsinin evlərində qonaq olublar.

Görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib, onlara daim borclu olduğumuz bildirilib. Qeyd edilib ki, tarixi qələbədə böyük pay sahibləri olan qəhrəman şəhidlərimizin ailələrinin, fədakar qazilərimizin daim diqqətdə saxlanılması onlara olan vəfa borcu və dərin ehtiramın ifadəsidir.

Sosial aksiya çərçivəsində Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin aztəminatlı ailələrinə birdəfəlik bank kartları hədiyyə edilib. Bununla yanaşı, şəhid ailələri və ötən il döyüşlərdə yaralanmış qazilərimizə bayram sovqatları təqdim olunub.

Qeyd edək ki, Cəmiyyətin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən sosial yardım tədbirləri dövlətimizin şəhid ailələri və ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların sosial müdafiəsi proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, şirkətin hasilat fəaliyyəti göstərdiyi bölgədə yaşayan bu həssas əhali qrupunun qayğı ilə əhatələnməsinə, onların rifahının yaxşılaşdırılmasına xidmət edir.





Xəbər 2947 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +