9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI
Daha bir ölkə Qahirə sazişindən çıxdı
Prezident DTX ilə bağlı fərman imzaladı
Daha bir şadlıq sarayının vergi borcu üzə çıxdı
Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama
Ağır yol qəzası: Ölənlər var
4 ofisiantın öldüyü hadisə ilə bağlı cinayət işi açılıb


12.03.2018  15:08 

Pərvin nişanını niyə qaytarıb?





A+  A-

“17 yaşında nişanlı bir qız olmuşam. 19 yaşımda toyum olacaqdı. Gördüm ki, o yalan danışır, başqa həyat tərzi yaşayır. Məndən əvvəl evli olmuşdu. Bu mənim ilk məhəbbətim olmayıb. Ailəmin, anamın qərarı ilə nişanlanmışam. İstədim nişanı qaytarım, ancaq düşündüm ki, gecdir. Adım çıxıb, hər kəs bizi bir yerdə görüb. Fikirləşirdim ki, bədbəxt olsam belə ailə qurmalıyam”
XəzərNews.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Sənətsevər” verilişinə qonaq olarkən deyib. O, ilk dəfə nişanını qaytarmağının səbəbini açıqlayıb:

“Elə oldu ki, işə düzəlməli oldum. Bu zaman gözlərim birdən-birə açıldı. Sanki dünyanı, həyatı gördüm. Əgər mən nişanlımla bədbəxt olacamsa, qoy, onsuz bədbəxt olum. Nevroz xəstəliyim də ondan sonra yox oldu. Kişi cinsinə çox da inanmıram. Amma yenə də insanları sevmək istəyirəm”.

Aktrisa aparıcının “Həyat yoldaşınıza görə, hicab taxardız” sualına belə cavab verib:

“Oğlana görə başımı bağlamaram. Məncə, bu saxtakarlıq olar. Gərək içimdən gəlsin ki, belə addım atım. Kiməsə görə yox, Allah xatirinə etməlisən. Gələcəkdə namaz qılacam, örpək taxacam. İçimdən nə vaxt gəlsə, o zaman da edəcəm”.

Xəbər 3159 dəfə oxunub.




21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +