MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


05.12.2017  09:07 

Hansı əraziləri su basa bilər?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.
XəzərNews.az xəbər verir ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabuncu rayonunun Savalan yaşayış massivində, "Daş karxanası" adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca bəzi yerlərdə ərazini qrunt suları basıb: "Bu, əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Adı çəkilən ərazilərdə kanalizasiya sistemi yoxdur. Ancaq kanalizasiya sistemi evdən çıxan təsərrüfat sularının uzaqlaşdırılması üçündür. Kanalizasiya sisteminin ərazidəki qrunt sularının tənzimlənməsinə köməyi olmur".

R.Həsənov qeyd edib ki, qrunt sularının təmizlənməsi üçün "Azərsu" ASC tərəfindən ərazidə drenaj şəbəkəsinin qurulması vacibdir: "Bu yeraltı şəbəkə qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadanalanan ərazilərdə bu şəbəkə yoxdur".

Xəbər 2708 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +