MedAura“da komaya düşən qıza baxmırlar?
Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir
Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı
Sabah 21 dərəcə isti olacağı gözlənilir
13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu
Vaşinqtonun “Ukrayna planı” Qərbdə narahatlıq yaradıb
Ukrayna PUA-larla Ryazanda neft zovodunu vurdu
Ukrayna səfirliyində matəm kitabı açıldı
Kartından pul oğurlanan tanınmış mama-ginekoloq olub
Avtomobil nömrələrində “Mikroçip” və “defis” işarəsi ləğv edildi


09.05.2017  15:07 

Bu gecə “Eurovision-2017” başlayır





A+  A-

Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.
Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.
Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.
Budəfəki mahnı müsabiqəsi siyasi qalmaqalla yadda qalıb. Ukrayna tərəfi Krımdakı çıxışına görə Rusiya müğənnisi Yuliya Samoylovanı ölkəyə buraxmayıb. Bu səbəbdən Rusiyanın 1-ci telekanalı “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.

“Eurovision-2017"də Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.
Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbi, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”-in seçim turlarında iştirak edib.

Təmsilçimiz Diana Hacıyeva "Skeletons" mahnısını ifa edəcək. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikovla Sandra Bermandır.

Xəbər 3414 dəfə oxunub.




19.11.2025  18:17 

Bələdiyyə sədrinə hökm oxundu

19.11.2025  18:07 

Gəncədə bıçaqlanma hadisəsi


BÜTÜN XƏBƏRLƏR +