Keyfiyyətli ət, yağ kasıblar üçün əlçatmaz olub - Deputat
Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!


29.04.2017  13:18 

Zərifə Əliyevanın 94-cü ildönümü Füzulidə qeyd edildi – Fotolar





A+  A-

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirildi.
XəzərNews.az xəbər verir ki, tədbirdə rayon icra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun səhiyyə işçiləri, ictimai fəallar, ziyalılar iştirak edib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və bir qrup tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açaraq dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barədə məlumat verib.
Alı Alıyev qeyd edib ki, Zərifə Əliyevanın ömür yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olub. Bildirib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub.
Alı Alıyev vurğulayıb ki, Zərifə Əliyevanın parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq.
Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Natiq Şükürov və digərləri çıxış edərək akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən söhbət açıb, böyük alimin əvəzsiz xidmətlərini yüksək dəyərləndiriblər.
Sonda Zərifə Əliyevaya həsr olunmuş video çarx nümayiş olunub, konsert proqramı təşkil edilib.





Xəbər 3301 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +