Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.03.2022  08:59 

“Real Madrid” dörddəbir finalda





A+  A-

Futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunlarının daha iki görüşü baş tutub.

XəzərNews.az xəbər verir ki, görüşün biri İspaniyada “Real Madrid” ilə Fransanın “Paris Sen-Jermen” futbolçuları arasında olub. Birinci matçda Paris təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Səfərdə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb.

Oyunda hesabı 39-cu dəqiqədə “Paris Sen-Jermen”nin hücumçusu Kilian Mbappe açıb. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema həm het-trikini, həm də növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Bu, fransalının “Real Madrid”in heyətində vurduğu 309-cu qoldur.

Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə Portuqaliyanın "Sportinq" komandasını sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” evdə qolsuz heç-heçə edərək, dörddəbir finala keçiblər.

Xəbər 5262 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +