Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.03.2023  10:55 

Pulemyot satmaq istəyən şəxs saxlanılıb





A+  A-

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

XəzərNews.az DİN-ə istinadla xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib.

Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkar edilib.

Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbər 932 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +