Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


03.07.2018  17:27 

Binəqədidə sakinlərə dəhşət yaşadılır - FOTOLAR





A+  A-

Bakının Binəqədi rayonunun Biləcəri Bələdiyyəsinin yerləşdiyi ərazidə qoyulan zibil qutuları günlərlə boşaldılmır.
XəzərNews.az-ın Modern.az-a istinadən məlumatına görə, zibil qutularının günlərlə boşaldılmaması ətrafa üfunət yayır. Xüxsuilə yay günlərində zibil qutularının qoyulduğu ərazilərdən keçmək mümkün olmur.

Digər problem isə zibil qutularından çirkab suların axaraq xoşagəlməz mənzərə yaratması, hətta insanların sağlamlığını təhdid etməsidir. Həmin ərazidə yaşayan sakinlər istər-istəməz hər gün dəhşətli qoxunu ciyərlərinə çəkməyə məhkumdurlar.

Ancaq görünən odur ki, müvafiq orqanlar belə halların aradan qaldırılmasında maraqlı deyil...

Günün sonu olduğundan Biləcəri Bələdiyyəsindən suallarımıza cavab ala bilmədik.

Aşağıdakı şəkillərdə zibil qutuları ilə bağlı məzərəyə şahid ola bilərsiniz...




Xəbər 3364 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +