“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


17.07.2021  10:18 

ABŞ 2500 əfqanı təxliyyə etmək istəyir





A+  A-

ABŞ Prezidentinin Administrasiyası 2500 əfqanı Amerikaya köçürmək istəyir.
XəzərNews.az “NBC News”a istinadən xəbər verir ki, Co Baydenin administrasiyası Amerika hökuməti ilə əməkdaşlıq etmiş 2500 əfqanı və onların ailəsini ABŞ-a təxliyyə etməyi planlaşdırır.

Bununla yanaşı, Vaşinqton 10 min əfqanı ABŞ-ın xarici hərbi bazalarına və yaxud üçüncü ölkələrə göndərəcək. Onlar ABŞ-a mühacirət üçün sənədlər hazırlanana qədər orada qalacaqlar.

Qeyd edək ki, ABŞ ordusu Əfqanıstanı tərk etməyə başladıqda hüquq müdafiəçiləri Bayden administrasiyasından amerikalı hərbçilərə kömək etmiş şəxslərin müdafiə olunması ilə bağlı tədbirlər görməyi tələb ediblər.

Ağ Evin planına əsasən, qaçqınların ilk hissəsinin təxliyyəsinə iyul ayının sonunda başlanılacaq. Təqribən 20 min əfqan xüsusi mühacirət vizası ilə bağlı müraciət edib. Bu şəxslər ABŞ-la əməkdaşlıq etdiklərindən təhlükə ilə üzləşə bilərlər.

Xatırladaq ki, ABŞ hərbçilərinin Əfqanıstanı tərk etmə prosesi bu il avqustun 31-nə qədər başa çatmalıdır.



Xəbər 1889 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +