“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


29.02.2024  19:40 

“Tariximizi, millətimizi, ordumuzu, şəhidlərimizi, qazilərimizi qoruyacağıq“





A+  A-

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Məclisinin sədri Zorlu Töre Ankara Universitetində “Kıbrıs Türklərinin keçmişdən günümüzə ədalətli mübarizəsi” başlığı altında konfrans keçirib.

Xəzərnews.az xəbər verir ki, konfransda Ankara Universitetinin rektoru Prof. Dr. Necdət Ünüvar, müəllimlər və tələbələr iştirak ediblər.

Konfransın açılış nitqi ilə Ankara Universitetinin rektoru Prof.Dr.Necdət Ünüvar çıxış edib.

Prezident Töre, ŞKTC torpaqlarının Amerika, Avropa və ya Birləşmiş Millətlər Təşkilatının deyil, əziz şəhidlərin hədiyyəsi olduğunu söyləyib. Şəhidlərə və gələcək nəslə olan borcun bu dövləti qorumaqla ödənilə biləcəyini deyən Töre bunun həm də millət və tarix qarşısında bir məsuliyyət olduğunu vurğulayıb.

Kipr adasının şimalındakı Türk dövlətinin türk millətinin ən böyük əsərlərindən biri olduğunu bildirən Töre, Mehmetçik və mücahidlərin bu torpaqlarda birlikdə şəhid olduğunu bildirib.

Kiprin milli bir dava olduğuna və bunun təkcə Kiprli Türklərin deyil, Türk millətinin də səbəbi olduğuna işarə edən Töre, Kiprdə oynanılması istənən oyunlara qarşı ayıq-sayıq olmaq lazım olduğunu ifadə edib.

Töre yunanların hələ də Kipri “Helen dövləti” etmək fikrində olduqlarını qeyd edib:

“Tariximizi, millətimizi, ordumuzu, şəhidlərimizi, qazilərimizi qoruyacağıq. Yalnız bu yolla davam edə, irəliyə gedə bilərik. Ən kiçik səhvə yol versək, gələcəkdə bizi böyük fəlakətlər gözləyə bilər”.

Xəbər 883 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +