Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir
Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff
Zaxarova: Qərb Zelenskiyə öz pulundan istifadə edərək...
Ağdama qatarla 12 manata gedəcəyik
Ukraynalı qadın Eyfel qülləsi yaxınlığında zorlanıb
Rusiya Xersonu oda bürüdü
Yanacaqdoldurma məntəqəsində yanğın oldu
30 il əvvəl törədilən qətlin üstü açıldı - Azərbaycanda
Kimlərə sosial ödənişlər verilməyəcək?


05.07.2023  10:49 

Fransa Qarabağda erməni separatizmini dəstəkləyir - Prezident





A+  A-

Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Nazirlər görüşündə söyləyib.

Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğulayan dvlətimizin başçısı qeyd edib: “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.

Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.

Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.

Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb./AZƏRTAC

Xəbər 2656 dəfə oxunub.




27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +