Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı
Sabiq nazirin ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb
Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq
Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də


02.01.2023  19:13 

Partlayış mərtəbədə yerləşən bütün mənzillər dağılıb





A+  A-

"Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın təsirindən 17-ci mərtəbədə yerləşən bütün mənzillər tamamilə dağılıb".

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, partlayışa səbəb ola biləcək əsas amil qaz amilidir. Partlayışın dəqiq səbəbləri, hadisənin hansı mənzildə baş verməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

“17-ci mərtəbədə 6 mənzil yerləşir. Onların hamısı deformasiyaya uğrayıb, dağılıb. Həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı, liftlərin qapıları, təxliyyə yollarında divarlarda çatlar əmələ gəlib. Hazırda həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır”.

Xəbər 970 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +