Hava şəraiti dəyişkən buludlu olacaq
Gəncədə bütün Şəhid plakatları və şəkilləri söküləcək?
Onlar azadlığa buraxılacaqmı? - Bu gün məhkəmədir
İlham Əliyev CGTN telekanalına müsahibə verib
Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı
Sabiq nazirin ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb
Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq
Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də


30.10.2018  18:11 

“Deputatlara hörmət edilmir” - Millət vəkilləri əsəbiləşdi





A+  A-

YAP-çı deputat Musa Quliyev “Milli Məclisin Daxili Nizamnaməsi haqqında” və “Deputatın etik davranış qaydaları haqqında” qanunlara edilən dəyişikliklərə sərt reaksiya verib.
XəzərNews.az xəbər verir ki, o, bu dəyişiklikləri deputatlara hörmətsizlik kimi dəyərləndirib: “Sanki biz seçkili orqanın üzvləri yox, təyinatlı orqanın üzvləriyik. Milli Məclis və deputatlarla bağlı qanunlara təklif olunan dəyişikliklər məhz bu anlamı verir. Bununla deputatlara hörmət edilmir. Biz gəldi-gedərik, parlament qalandır.

Bizi xalq seçir. Amma mandatımız alınarkən xalqdan soruşan yoxdur ki, sənin nümayəndəni mandatdan məhrum edirlər?! Bu, mütləq beynəlxalq ekspertizadan keçirməlidir.

Deyilir ki, deputat istefa verməsi haqqında iclasda fikir desə və o stenoqrama düşsə, sonra fikrini dəyişə bilməz. İndi nə olar kimsə əsəbiləşə bilər, ağzından nəsə çıxar, sabah özünə gələndə fikrini dəyişə bilər. Amma bu, qəbul edilmir. Düzgün deyil”.

Deputat Aqil Abbas isə əlavə edib ki, parlamentin 3 iclasına gəlməyəndə deputat mandatı ləğv edilir: “Bəlkə valideynlərimi çağırıb töhmət verəsiniz? Bəyəm məni İntizam Komissiyası deputat seçmişdi?! Hələ 13 ildə iclasa bir dəfə də gecikməmişəm. Dərsə vaxtında gələn tərbiyəli adamam. Deyirlər ki, 50 manatdan artıq məbləğdə deputata hədiyyə verilərsə, o barədə İntizam Komissiyasına məlumat verməlidir. Sizə misal deyim. Getmişəm, məsələn, Füzuli rayonuna. Bir dostum mənə 150 manatlıq qoyun kəsib verib. İndi onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəm?!”

Birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, bu qanun layihələri heç bir halda deputatların əleyhinə yönəlməyib: “Niyə? Onun səbəbini ikinci oxunuşda deyəcəm”.

Xəbər 1625 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +