İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər


12.07.2017  16:31 

Lapşinə cəza istəniləcək





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alekksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə əlavə şahid qismində A.Lapşinin yazdığı məqalələrə rəy verən Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşı Almaz Bayramova ifadə verib.

O deyib ki, A.Lapşin yazılarında Azərbaycan ərazisinin bütövlüyünün parçalanması ilə bağlı çağırışlar edib: “Konkret ifadələr işlədib, Ermənistanın xeyrinə şuarlar səsləndirib. Yazıb ki, Ermənistan hardadır, Qarabağ da ordadır. Bundan başqa Qarabağı yazılarında Artsax adlandırıb. Həmçinin bildirib ki, qara siyahıda olmasına baxmayaraq həmin ərazilərə gedəcək, Azərbaycan öz sərhədlərini müdafiə etmək səlahiyyətində deyil".

Lapşin qeyd edib ki, Qarabağın yalnız Ermənistanla sərhəd olduğunu bildirib:"Mən hər iki xalqa hörmət mənasında Qarabağ və Artsax yazmışam".

Məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısına söz verilib ki, A.Lapşinə cəza istəsin. Lakin o, çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

Xəbər 2924 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +