Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.06.2021  19:54 

Rusiya XİN-dən Şuşa Bəyannaməsinə münasibət





A+  A-

“Biz Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağı düzgün hesab etmirik. Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq”.
XəəzrNews.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə münasibət bildirərkən deyib.

“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə İrəvan arasında, o cümlədən İrəvan-Ankara dialoqunun normallaşmasına yönəlmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Xəbər 2217 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +