Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


12.07.2017  11:47 

Bakıda 66 yaşlı kişinin meyiti tapıldı





A+  A-

İyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkar olunub.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan XəzərNews.az-a daxil olan məlumata görə, həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədilməsinə kifayət qədər şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaq cəlb olunub.
Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Xəbər 1158 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +