Azərbaycanlılar Haaqada etiraz aksiyası keçirdi - Video
O şəxslər 1000 manatadək cərimə ediləcək
Annalena Baerbok Ukraynaya gedib
Ukrayna ordusunun itkiləri azaldı - Sirski
Kimlərə təqaüd veriləcək? - Prezident pul ayırdı
Mən niyə "supa oturmuşam?"
Sabiq deputatın binasının damında mansard tikilir? - FOTO
Ramiz Mehdiyevə daha bir zərbə... - Məhkəmədən
Nərmin İsmayılova vəzifəsindən azad edilib
Narkotik satışı ilə məşğul olanlar tutuldu


17.04.2017  15:58 

Azərbaycan əhalisinin sayı açıqlandı





A+  A-

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 686 nəfər və yaxud 0,1% artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9 823 667 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 113 nəfər olub. Əhalinin ümumi sayının 53,0%-i şəhər, 47,0%-i isə kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 24648, yaxud hər gün orta hesabla 418 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Körpələrdən 424-ü əkiz, 12-si üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3% təşkil edərək hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 2,0 uşaq düşür.

2017-ci ilin yanvar-fevral aylarında ölkədə 11070 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,1 təşkil edib.

Bu ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub. Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.

Xəbər 2748 dəfə oxunub.




01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"

01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +