Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


19.03.2025  11:01 

Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır





A+  A-

Sabahdan Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başlayır.

XəzərNews.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günü idi. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-na düşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilib.

Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq.

Xəbər 2632 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +