Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


23.04.2025  10:04 

“İran uçurumu” niyə dərinləşir?





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Mübariz Əhmədoğlu bu günkü təqdimatında İran məsələsində Səudiyyə Ərəbistanı faktoru, Rusiyanın proseslərdə mövqeyi, Azərbaycan-İran münasibətləri, Türkiyənin arxa planda qalmasının səbəbləri və Əmman danışıqlarından bəhs edib.

M.Əhmədoğlunun verilişdə səsləndirdiyi fikirlərin qısa tezislərini təqdim edirik:

- Tramp erasında tək ABŞ-la İran arasında nüvə danışıqları deyil, Səudiyyə Ərəbistanı yaranmış vəziyyətdən bütün Yaxın Şərqdə təşəbbüsü öz əlinə almaq üçün istifadə edir. Ona görə müdafiə nazirinin İrana səfəri zamanı onu İranın ali dini rəhbər qəbul etdi.

- Səudiyyə Ərəbistanının fikrincə, əksəriyyəti ərəblər olan müsəlman dünyasında geosiyasi parametrləri İsrail deyil, ərəb dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı özü müəyyən etməlidir. Ona görə də ABŞ-a İrana qarşı müharibə aparmamağa təkid edir.

Özü isə İranla danışıqları davam etdirir. İran Yaxın Şərq regionunda Səudiyyə Ərəbistanının birinciliyini qəbul etməlidir. Əlbəttdə, bu İran üçün çox ağırdır.

- D.Tramp ABŞ-ın pul ehtiyacını qarşılamaqdan ötrü müxtəlif variantlar ortaya qoyur. Birləşmiş Ərəb Əmirlikləri ABŞ-a 1 trilyon 500 milyard dollar məbləğində investisiya qoymaqla özünün 3 adasını İrandan geri almaq istəyir. Bu üç ada İranın nəzarətindədir və İran bu adaların altını silah anbarına çevirib. Əgər “pul əvəzinə, ərazi” formulu işləsə bu kontekstdə İrana qarşı iddia irəli sürən dövlətlərin sayı artacaq: Küveyt, Qətər, İraq, Səudiyyə Ərəbistanı.



- ABŞ İranla nüvə danışıqlarını Rusiyasız həll edə bilməyəcək. Çünki ABŞ-ın nöqteyi-nəzərincə İranda bu qədər nüvə qurğusu olmamalıdır. O nüvə qurğusu, raket, PUA-lar da İranın ərazisindən çıxarılmalı, Rusiya ərazisinə yerləçdirilməlidir. İrana nəzarət edə biləcək gücdə yalnız Rusiya ola bilər. Bu isə İranın son dövrlərdə Rusiya ilə apardığı siyasi kursa tamamilə ziddir.

- İran Rusiyanı düşmən kimi görürdü, hətta AES layihələrindən uzaqlaşdırmışdı. C.Baydenin dövründə nüvə proqramında Rusiyanın vasitəçiliyini İran rədd etdi, sonra özü C.Baydenin istədiyi nəticəni verdi. Rusiya İranla imzalanmış müqavilənin ratifikasiyasını başa çatdırsa da hələ İran həmin müqaviləni parlamentə təqdim etməyib.

Söhbət 2019-cu ildə Aktauda imzalanmış Xəzərin hüquqi statusu ilə bağlı müqavilədən gedir. Bu birbaşa Rusiyanın maraqlarına toxunandır. İran həm də Rusiyanın daxilində müxtəlif pozucu və ya destruktiv əməllərlə məşğuldur. Rusiya İrana o qədər də inanmır.

Məhz bundan ötrü Əmmanın kralını Rusiyaya dəvət edib, Putin onunla İranın nüvə danışıqlarını müzakirə etdi. Çünki ABŞ-la İran arasında nüvə danışıqları Əmman ərazisində keçirilir. Görünür, Rusiya A.Əraqçının dediklərinə inanmır, Əmman da hesab edir ki, İran qeyri-ciddi dövlətdir. Nə vaxtsa ABŞ-la sözü düz gəlməsə o zaman Əmmanı günahlandıra bilər ki, sən bu sözləri ABŞ-a düzgün çatdırmamısan və yaxud ABŞ-dan İrana düzgün çatdırmamısan.

Gözlənilmədən ABŞ Türkiyədən İran mövzusunda neytral qalmağı tələb etdi. Görünür, arxa qatda gedən proseslərdə Türkiyə ABŞ-İran müharibəsinin əleyhinə imiş. İran iki şeyi nəzərə almalıdır:

1. Onun apardığı ciddi elmi-politoloji əsası olmayan siyasətdir. Bu işlə məşğul olanların intellekt, savad səviyyəsi şübhə yaradır.

2. İranın Azərbaycan Respublikasına münasibəti İranı bütün iri dövlətlərdə tanıdan vacib parametr olub.



Xəbər 637 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +