Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.04.2025  13:21 

Baş həkimin 95 min manatını mənimsədilər





A+  A-

Bakıda "32 Beauty dent billur" klinikasına lift qoydurmaq istəyən baş həkimin 95 min manatı mənimsənilib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Zaur T. adlı şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, baş həkim Sənan Məmmədov klinikanın ərazisini həm genişləndirmək, həm də tibb mərkəzinə lift qoyulması üçün müvafiq qurumlardan icazə almaq fikrinə düşüb. Sənan Məmmədov bunun üçün tikintiyə başlasa da, Nərimanov Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən işlər dayandırılıb.

Baş həkim daha sonra tanışının vasitəsi ilə Zaur T. adlı şəxslə tanış olub. O, Sənan Məmmədova Bakı Şəhər İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini ala biləcəyini söz verərək, ondan ümumilikdə bu işin həyata keçirilməsi üçün 95 min manat pul alıb. Pul klinikanın baş direktoru Murad adlı şəxs tərəfindən təqsirləndirilən şəxsə göndərilib.
Zaur bu pulu borclarını ödəməyə və digər şəxsi ehtiyaclarına xərcləyib. Sonda baş həkim hüquq-mühafizə orqanlarına müraciət etməli olub.

Sənan Məmmədov ifadəsində təqsirləndirilən şəxsə 95 min manatı rüşvət qismində verilməsi üçün vermədiyini deyib: "Sözügedən pulu sadəcə olaraq, zəhmət haqqı kimi Zaura verdim".

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 1511 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +