Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub


28.02.2023  13:53 

Lavrov sərhədlərin delimitasiyasından danışdı





A+  A-

Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Rusiyanın bu işə məşvərətçi yardım göstərəcəyi anlayışı ilə yaradılmış komissiyanın işini gücləndirməyin zəruriliyini vurğuladıq.

XəzərNews.az xəbər verir ki, bu barədə fevralın 28-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Biz buna hazırıq, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazırıq. Bu gün biz Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üzrə tədbirlərdən danışdıq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə etdik”, - deyə Lavrov əlavə edib.

S.Lavrov qeyd edib ki, ölkələr siyasi, iqtisadi və ticari əməkdaşlığı fəal şəkildə inkişaf etdirir: “Belə ki, ilin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir”.

Onun sözlərinə görə, tərəflər həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya Azərbaycanın postmünaqişə dövründə inkişafına bundan sonra da müsbət təsir göstərməyə hazırdır.

Xəbər 1191 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +