Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.06.2021  13:45 

“Sanki dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur”





A+  A-

“Qanunvericilik təşəbbüsüylə çıxış edən subyekt hər hansı qanun layihəsinə dəyişikliklə bağlı əsaslandırmanı da təqdim etməlidir. Bizə qeyd formasında əsaslandırma təqdim olunub. Ancaq əsaslandırma ilə layihə arasında fərq var”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərlə bağlı çıxış edərkən deyib. O qeyd edib ki, son vaxtlar cərimələrin, rüsumların artırıldığının şahidi oluruq: “Sanki dövlətin idarəetmə xərcləri vətəndaşların üzərinə qoyulur. Ancaq vətəndaş vergi ödəyir. Ona görə də layihədə hər şey aydın yazılmalıdır. Qeyddə göstərilən 6 ay müddəti nəzərə alınmalıdır”.

Qeyd edək ki, qanun layihəsində bildirilir ki, əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

Xəbər 2367 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +