Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.07.2019  18:05 

Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub





A+  A-

Bu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanıb, onlar müvafiq qeydiyyata götürülüb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından XəzərNews.az-a verilən məlumata görə, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olub.

Onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında bu ilin 6 ayı ərzində İİV-yə yoluxma hallarının 9,9%-i, ümumilikdə isə, 1992-01.07.2019-cu il tarixədək yoluxma hallarının 42,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə, 1988-ci ildən İİV infeksiyası aşkar olunan 7762 nəfərdən, 3222 xəstə, inyeksion narkotik istifadəçiləri olublar ki, onların da 2556 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülüblər.

Ölkədə İİV-yə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Bu ilin 6 ayında İİV-yə yoluxmuş 343 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olub.

Xəbər 1296 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +