Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


02.08.2018  18:11 

Avtomobillərin də qeydiyyat qiyməti qalxdı





A+  A-

Baş nazir Novruz Məmmədov “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, qərar iyulun 31-dən qüvvəyə minib. Yeni qərarə əsasən fiziki şəxslər tərəfindən alınan avtomobillərin qeydiyyata alınması üçün rüsumlar artırılıb.

Dövlət rüsumu haqda qanunun 18-ci maddəsinin 65-ci bəndinə görə iyulun 31-nə kimi avtomobillərin qeydiyyata alınması üçün rüsum 10 manat idi.

Bundan sonra isə mühərrikinin həcmi 2 min kubsantimetrədək olan avtomobillər üçün 100 manat, mühərrikinin həcmi 3 min kubsantimetrədəkarası olan avtomobillər üçün 100 manat + mühərrikin həcminin 2000-dən yuxarı olan hər kubsantimetrə görə 10 qəpik, mühərrikinin həcmi 4000 kubsantimetrədək olan avtomobillər üçün 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 qəpik, mühərrikinin həcmi 5 min kubsantimetrədəkarası olan avtomobillər üçün 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 30 qəpik rüsum ödəniləcək.

Mühərrik həmci 5 min kubsantimetrdən yuxarı olan avtomobillərin qeydiyyatına görə isə 1500 manat rüsum ödənilməlidir.

Xəbər 1933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +