Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.03.2018  16:22 

Alpinistlərin axtarışları dayanıb? - AÇIQLAMA





A+  A-

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.
XəzərNews.az-ın məlumatına görə, “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az saytına deyib ki, axtarışlarla bağlı dəyişən bir şey yoxdur:

“Axtarışlar hələ ki eyni istiqamətdə, eyni yerdə davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən könüllülər prosesdə iştirak edir və ərazidən heç çıxmayıblar. Daim ordadırlar”.

Z.Qasımlı axtarışların hansı formada aparıldığından da söz açıb:

“Hava şəraitindən asılı olaraq axtarışların forması dəyişir. Buna baxmayaraq qeyd etdiyim kimi, alpinistlərin axtarışı dayanmayıb və davam edir”.

Rəsmi məlumata görə, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır.

Xəbər 1665 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +