Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


15.05.2017  14:08 

Təhsil Nazirliyinin adından sui-istifadəyə yol verənlərə xəbərdarlıq edildi





A+  A-

Xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanət verməsi ilə bağlı yanlış məlumatlar yer alır.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-a açıqlamasında belə halın yanlış olduğunu bildirib.

“Son vaxtlar bəzi xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər. Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir”.

Cəsarət Valehov həmçinin, diplomların tanınmasının hüquqi prosedur olduğunu xatırladıb.

“Diplomların tanınması (nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər qədər bütün məlumatlar təhlil olunur.
Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir.

Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir.İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”.


Xəbər 1536 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +