Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


01.12.2019  18:36 

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi





A+  A-

"Azərişıq" ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiç iş rejiminə keçib.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev XəzərNews.az-a bildirib ki, bununla əlaqədar "Azərişıq" ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov xüsusi göstəriş verib.

Göstərişə əsasən, bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departamentik əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.

"Onu da qeyd edim ki, hazırda "Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərinin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədi ilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhəri ətraf kənd-qəsəbləri və regionlara göndərilib"-deyə Tanrıverdi Mustafayev əlavə edib.

"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib: "Qeyd edim ki, "Azərışıq" ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılardan xahiş edirəm baş verən kəsintilərlə bağlı bizom çağrı mərkəzinə məlumat versinlər".

Xəbər 1629 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +