Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


23.07.2022  23:23 

Səhlab Bağırov Dövlət Yol Polisi İdarəsinə rəis gətirilir





A+  A-

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov işdən çıxarılır.

Ramiz Zeynalov pensiya yaşı ilə əlaqədar istefaya göndərilir.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Ramiz Zeynalovu hal-hazırda Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının rəisi Səhlab Bağırov əvəz edəcək.

Onu da əlavə edək ki, təhvil-təslim prosesinə start verilib.

Təyinatın 1 ay ərzində baş tutması gözlənilir.

Bəs 28 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini icra edən Ramiz Zeynalov kimdir?

O, 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb. 1994-cü ilin avqust ayından etibarən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə “polis general-mayoru” rütbəsi verilib. 1995-ci ildə “İgidliyə görə” medalı, 2006-cı ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.



Ramiz Zeynalovun yerinə gələn rəis Səhlab Bağırov isə, 1994-cü ildən daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət edib.

Nərimanov Rayon Polis İdarəsinin, Baş Cinayət Axtarış İdarəsinin, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN-ə bilavasitə tabe olan Çevik Polis Alayının komandiri, 2011-2019-cu illərdə isə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifələrində çalışıb.

2019-cu ilin yanvar ayından AR Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2013-cü il tarixli Sərəncamı ilə Səhlab Bağırova “Polis general-mayoru” ali xüsusi rütbəsi verilib.

2002-ci ildə «İgidliyə görə» medalı, 2011-ci ildə “Azərbaycan bayrağı” ordeni, 2015-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub./Index.az

Xəbər 2598 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +