Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


02.01.2022  11:13 

Bu təxribatı birbaşa Zakir Həsənov törədib...





A+  A-

General Polad Həşimovun anasının çıxışı sarsıdıcıdı. O boyda qəhrəmanımızın anasında niyə belə şübhələr, narahatlıqlar, faktlar olsun?

Reaksiylar da tük ürpədir. Yenə “işin arxasında duranları” axtarırlar, yenə nəsə təxribat kəşf eləmək istəyirlər.

Bəli, Səmayə xanımın sözlərində emosiya faktdan çoxdur. Xüsusən Kərim Vəliyevlə bağlı dedikləri… Amma axı azı iki çox ciddi fakt var:

1. İstefa məsələsi. Görəsən, səngər generalı, karyerasının ən yaxşı dönəmini yaşayan bir şəxs niyə birdən-birə istefa ərizəsi yazsın? Buna nə məcbur etmişdi?

2. Zakir Həsənovun bu ailəylə maraqlanmaması. Bu fakt əslində, istefa ərizəsi məsələrinə də aydnılıq gətirə bilər: Polad Həşimovla nazirin münasibətləri mütləq araşdırmalıdır.

Ümumiyyətlə, Zakir Həsənovun bu rəftarının izahı yoxdur. Təsəvvür edin, Türkiyənin müdafiə naziri Hulusi Akar təlimdə gördüyü bir əsgərimizin ailəsilə danışır, məktub yazır, sonra onları Ankaraya dəvət edir, üç gün qonaq saxlayır (https://www.bakupost.az/hulusi-akarla-gorusden-qayidan...), bizim nazirimiz isə öz generalının ailəsinə bir dəfə də baş çəkmir.

Bu nə deməkdi?

Bu nə sayğısızlıqdı?

İlham Əliyev Səmayə xanımla danışır, amma Zakir Həsənov yox! Niyə? Bunun tərifini verə bilər o təxribat axtaran “ekspertlər”?



Bəlkə, Səmayə xanımın qarşısına çıxmağa üzü yoxdur, bəlkə bu gün səslənən suallarından çəkinib?

Bəlkə, onu ziyarət etsəydi, şəhid anasının suallarına, şübhələrinə aydılıq gələrdi.

Bəlkə nazir verdiyi cavablarla onu arxayın salardı, indi də bu müraciət ortaya çıxmazdı.

Əminəm ki, Səmayə xanım bu narahatlıqları, sualları, şübhələrilə bağlı əvvəlcə aidiyyəti qurumlara müraciət edib, cavab almayınca ictimailəşdirib.

Şübhələr olanda şayiələr at oynadar. Zəhmət çəkib, şübhələrə əsas verməzdilər.

Verilibsə və nəticədə təxribat baş veribsə, deməli, bu təxribatı videonu yayanlar deyil, birbaşa Zakir Həsənov törədib.

Bu gün şəhid general Polad Həşimovun doğum günüdür.

Allah rəhmət eləsin!

Elçin Zahiroğlu



Redaksiyadan: Bu fotoda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası ilə görüşüb.


Xəbər 1544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +