Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?
“Rusiya İranı məhvə aparır”


27.06.2019  14:11 

Sabah yağış yağacaq - HAVA PROQNOZU





A+  A-

27 iyunda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə iyunun 27-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Xəbər 1565 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +