Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


21.06.2018  09:57 

Deputatdan təklif - Gediş haqqı yarıya endirilsin





A+  A-

Deputat Fazil Mustafa ictimai nəqliyyatda havaların istiləşməsi ilə əlaqədar yaranan problemlə bağlı maraqlı təkliflə çıxış edib.
XəzərNews.az xəbər verir ki, onun sözlərinə görə, avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaqla məsələni həll etmək olar: “İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslara nəzər salıram. İçəridə oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər. Hiss olunur ki, hamıdan tər dabanlarından axır. Bəhanə edilir ki, avtobusların qapıları tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 21-ci əsrdir e...

Bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət endirimi kampaniyası”.

Xəbər 1677 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +