Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


10.03.2018  09:43 

Çaylardakı son durum





A+  A-

Ölkə çaylarında suyun səviyyəsi dəyişib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 230-260, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 287 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 240 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 49 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 1sm azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 6 sm artım müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2017-ci il martın 09-da 404 sm), Şirvanda 219 sm (2017-ci il martın 09-da 265 sm), Salyanda 167 sm (2017-ci il martın 09-da 207 sm), Bankədə 187 sm (2017-ci il martın 09-da 188 sm), Araz çayının Novruzlu məntəqəsində isə 96 sm (2017-ci il martın 09-da 123 sm) təşkil edib.

Xəbər 1460 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +