Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub


11.10.2017  12:29 

Deputatdan sərt açıqlama: “Bu, icra hakimiyyətlərinə dərs olar”





A+  A-

“Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar müvafiq orqanlara şikayət edə bilərlər. Bu həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin digər bu fikirdə olan adamlara da dərs olar”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında deputat Musa Quliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında yerli icra hakimiyyətlərinin sahibkarlara turizmin obyektləri açması üçün yer ayırmaları ilə bağlı verdiyi tapşırıqdan danışarkən vurğulayıb.

Deputat qeyd edib ki, prezident Nazirlər Kabinetinin müşavirəsi zamanı çıxışında turizmin inkişafı ilə bağlı tövsiyələrini verib:
“Bildirdi ki, yay aylarında bölgələrdə turist sıxlığı müşahidə edilir.

Bu çox yaxşı haldır. Digər tərəfdən isə turizm obyektlərinin sayı az olduğuna görə bölgələrdə turistlər bu imkanlardan istifadə edə bilmirlər. Ona görə də müvafiq qurumlara tapşırdı ki, bu sahədə işlər daha da yaxşılaşdırılsın.

Hesab edirəm ki, cənab prezidentin bu tapşırığından nəticələr çıxarılacaq. Təkcə yerlərin ayrılması ilə kifayətlənməyəcək, həm də infrastrukturun yaradılmasında dövlət orqanları sahibkarlara kömək etsələr yaxşı olar. Ayrılan yerlərə kommunal xətlərin çəkilməsi müvafiq dövlət orqanları tərəfindən həyata keçirilərsə bu da turizmnin inkişafına öz dəstəyini verə bilər. Xüsusən də bu sahəyə kreditlərin ayrılması inkişafa öz dəstəyini verə bilər. Cənab prezident bundan əvvəlki çıxışlarında da vurğulamışdı ki, ölkədə 1-2 ulduzlu turizm obyektləri çatışmır. Onların da tikilməsi üçün sahibkarlara yerli icra hakimiyyəti orqanları, o cümlədən müvafiq qurumlar tərəfindən köməklik edilməlidir”.

Xəbər 2401 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +