“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


26.04.2019  13:43 

Vahid Əhmədov: “...bizə yaraşan hərəkət deyil”





A+  A-

““İçərişəhər” qoruqdur. Bu, qorunub saxlanılmalıdır. Azərbaycanın tarixi, sərvətidir. Qala divarlarına toxunmaq olmaz”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov son günlər medianın və sosial şəbəkələrin gündəmini zəbt edən “İçərişəhər” ərazisində aparılan tikintilərlə bağlı danışarkən deyib.
Deputat vurğulayıb ki, tikinti aparılarkən Qala divarlarına toxunmaq olmaz:
“Düzdü, İçərişəhərdə müəyyən tikinti işləri gedir. İaşə obyektlərini istifadəyə verirlər. Bunu elə etmək lazımdır ki, Qala divarlarına toxunulmasın. Bu yaxınlarda Amerikada oldum. XVIII-XIX əsrə aid olan divarları qoruyub saxlayırlar. Bu günə kimi Vaşinqtona gəlib-gedənlərə göstərirlər ki, orada işğal dövrü yaşanıb. Hesab edirəm ki, bizim Qala divarları da qorunub saxlanılmalıdır”.

Parlament üzvünün sözlərinə görə, hər hansı qanunsuz tikili aparılarkən mütləq qarşısı alınmalıdır:

““İçərişəhər” turizm obyektidir. Ölkəmizə təşrif buyuranlara Azərbaycanın tarixindən, müstəqilliyindən danışırıq. “İçərişəhər”də hər hansı ciddi tikililər aparılırsa, mütləq ictimai müzakirəyə çıxarılmalıdır. Ziyalılar, millət vəkilləri fikirlərini bildirməlidir. “İçərişəhər”də hər hansı tikilinin aparılması bizə yaraşan hərəkət deyil. Bu cür halların qarşısını elə formada almaq lazımdır ki, hadisə bir daha təkrar olunmasın”.

Vahid Əhmədov Bakı bələdiyyəsinin yaranmasının vacibliyini də qeyd edib. O bildirib ki, bu cür işlərlə bələdiyyələr məşğul olmalıdır.

Xəbər 1215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +