Qəzzada yeni atəşkəs planı təklif olunub
Deputatın oğlundan prezidentə şikayət olundu
Hesablama Palatasının hesabatı müzakirə edilir
Bank kartlarından 31 min 340 manat oğurlanıb
Zurab Tsereteli 92 yaşında vəfat edib
Naziri restoranda qarət etdilər
Azərbaycana PUA ilə narkotik keçirmək istədilər
Kolleclərə yeni təyinatlar olub
Ermənistanda atəşi açan İrandır - Politoloq
Hövsan qəsəbəsində evdə partlayış olub


06.03.2017  10:11 

“Adama sual verərlər, onda biz kimik?”





A+  A-

“Azərbaycan türkləri Altay türk dil ailəsinə daxil olan etnosdur. Türk böyük anlayışdır, Altaydan başlamış, ta Karpat dağlarına qədər böyük bir ərazidə zaman-zaman türk xalqları yaşayıb. Təbii ki, ulu babalarımızdan türklük baxımından bizə fəxr eləyə biləcəyimiz böyük bir miras qalıb. Türklər həmişə tarixin yaradıcısı olublar”.
XəzərNews.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində millət vəkili Fəzail Ağamalı həmkarı Arif Rəhimzadənin müsahibəsində “azərbaycanlılar türk deyil” fikrinə münasibət bildirərkən deyib. F. Ağamalı bildirib ki, Azərbaycan etnos olmaq etibarilə türk dil ailəsinə mənsubdur: “Azərbaycanda bizlərlə, türklərlə bərabər, digər etnoslar da min illər boyu bu məkanda yaşayıblar və bu ərazinin nümayəndələridirlər. Ona görə də Arif Rəhuimzadənin söylədiyi fikrin heç bir elmi-praktik əsası yoxdur.

O, nədən bu fikri söyləyib, onun bu fikri hardan qaynaqlanıb, mənə də bəlli deyil. Lakin onun bu fikri tamamilə yanlışdır”.

“Bu, sadəcə, dəyər verməməkdən irəli gəlir, yoxsa burada “beşinci kolon”un elementlərini axtarmaq lazımdır?” sualına cavab olaraq F. Ağamalı belə deyib: “Arif Rəhimzadə haqqında mən deyə bilmərəm ki, o, hardasa “beşinci kolon”un daşıyıcısıdır, yaxud da Azərbaycana bağlı adam deyil. Xeyr, mən bu fikirdə deyiləm. Arif Rəhimzadə həqiqətən Azərbaycana, bu torpağa bağlı insandır və sizin dediyiniz kimi, sıradan bir insan deyil. Mənimçün doğrudan da izahı çox çətin bir məsələdir ki, nə üçün Arif Rəhimzadə bu həqiqəti etiraf etməyib? Adama sual verərlər, onda biz kimik? Onda Arif müəllim söyləsin ki, yaxşı, azərbaycanlılar türk deyil, bəs, onda biz kimik? Dünyada artıq alimlərin müəyyənləşdirdiyi dil təsnifatı var. Biz də dil təsnifatına görə, Altay türk dil ailəsinə daxilik”.

Xəbər 3841 dəfə oxunub.




22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub

21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +