Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


01.06.2020  12:07 

“Sosial qınaq olmalıdır ki, insanlar maskalardan istifadə etsin”





A+  A-

Respublikanın baş infeksionisti Cəlal İsayev hazırda koronavirusun ölkəmizdəki vəziyyəti və yoluxmanın sayının azalması üçün atılmalı olan addımlardan danışıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, C.İsayev Real TV-yə açıqlamasında bildirib ki, dövlət bu günə kimi mümkün olan və zəruri olan bütün addımları atıb, indi növbə vətəndaşlardadır:

“Virus ölkəmizdə bitməyib, hələ qalır, hətta artmaqdadır: “Bunun da səbəbi insanların məsuliyyətsiz davranmasındadır. İnsanlar elə hesab edir ki, artıq karantin qaydalarında yumşalma varsa, deməli virus yoxdur. Vətəndaşlar sosial məsafəni qorumasa, tibbi maskadan istifadə etməsə xəstəlikdən xilas ola bilməyəcəyik. Xəstəlikdən qorunmaq deyəndə özümüzü nəzərdə tutmamalı, ətrafdakı insanları fikirləşməliyik. Vətəndaşlar tövsiyələrə əməl etməlidirlər ki, virusu yaymasınlar, bununla da təkcə özünü yox, ətrafını, ailəsini, yaxınlarını və bütün cəmiyyətini qorusun. Sən cavansan, sən yoluxanda bəlkə də sənə heç nə olmaz, amma sənin vasitənlə yaşlı insanlar, yanaşı xəstəliyi olanlar virusa yoluxa, ağır vəziyyətə düşə bilərlər. Sosial qınaq olmalıdır ki, insanlar tibbi maskalardan istifadə etsin. Maskalardan istifadə olunmasını vətəndaşlar özləri bir-birindən tələb etməlidirlər”.

Xəbər 2526 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +