Ramiz Mehdiyevə daha bir zərbə... - Məhkəmədən
Nərmin İsmayılova vəzifəsindən azad edilib
Narkotik satışı ilə məşğul olanlar tutuldu
Prezident Mehdi Sənayini qəbul edib
Tofiq Yaqublu aclıq aksiyasına başlayır
Ermənistan İranın 32-ci quberniyasına çevrilib - Politoloq
Ermənilər atəşkəsi pozub
Adil Əliyevin məhkəməyə verdiyi qazini polis saxlayıb
Bakıda piyadanı maşın vurub
Deyəcəksiniz ki, yox, bu hara, o hara?


10.11.2022  09:28 

Hamı “peysər“ çıxarılmaqdan qorxdu...





A+  A-

Qəribə vəziyyət yaranıb: Qonşusunu qətlə yetirən Rəşad Dağlının səhv etdiyini deməyə heç kimin cəsarəti çatmır.

Hərənin öz arqumenti var. Əksəriyyət sosial şəbəkələrdəki çoxluğun qınağından çəkinir. Hamı bilir ki, Rəşadın əleyhinə deyilən söz onun özünə qarşı çevriləcək. Meyxanaçının tərəfdarları həmin adamı "yaş yuyub, quru sərəcəklər".

Cinayətin motivi bəllidir: Rəşad Dağlı qonşusunu söyüş üstündə öldürüb. İstintaqa verdiyi ifadədə həmin adamı şüurlu şəkildə öldürdüyünü etiraf edib.

Dünən tanınmış meyxana ustaları Ağamirzənin və Namiq Mənanın rəyləri ilə tanış oldum. Hər iki söz adamı deməyə söz tapa bilməmişdi. Loru dildə desək, ikisi də nala- mıxa vurmuşdu. İkisinin də çıxışında bu fikir hakim idi: "Gərək səbrli olaydı".

Söyüşə görə adam öldürmək doğrudurmu? Həmin söyüşü udmaq olmazdımı?

Dünən gün ərzində aparıcı saytlarda, sosial şəbəkələrdə bu sualın cavabını axtardım. Bir nəfər açıq mətnlə demədi ki, yoldan keçən hansısa adamın acı sözünə, biədəb söyüşünə görə gül balaları damın altda tək qoyub türməyə getmək doğru deyil.

Hamı " peysər" çıxarılmaqdan qorxdu.

Biz mədəni səviyyəsi o qədər də yüksək olmayan bir Şərq cəmiyyətində yaşayırıq. Aramızda o qədər axmaq, "alkaş", narkoman, oğru, qatil var ki... Hər gün hansısa birimiz ən biədəb söyüşlərə "qonaq" edilə bilərik. Hətta anasının qədrini bilməyən hansısa heyvərə gözümüzün içinə baxa-baxa anamızı söyə bilər. İndi nə edək? Yaxınlıqdakı qəssab dükanından ən iri bıçağı götürüb həmin adamı qanına qəltan edək? Yoxsa, həmin sözü eşidən- bilən adamların tənəsini qəbul edək?

Ana söyüşünə görə adam öldürüb anamızı ağlar qoyaq?

Yazsam ki, həmin vaxt "lənət şeytana" deyib bir qədər səbrli olaq, lazım gəlsə, özümüzü karlığa, korluğa vuraq, dərhal boynumun arxasından bu sözü yapışdıracaqsınız: "Peysər".

Bunun əksi baş versə, nə deyəcəksiniz?

Yaşı yetmişi haqlamış anamı saatlarla həbsxana qapılarında gözlədəndə, onun pensiyasını "içəridə" "nadzor"lara yedirəndə yaxşı oğlan olacam?

Çətin, çox çətin suallarla qarşı - qarşıyayıq...

Alimin cinayətkar aləmin qanunları ilə oturub - durmağa məcbur olduğu bir cəmiyyətdə nəinki yazmaq, hətta yaşamaq da çətindir.

Bu ölkədə "içəridəkilər" çöldəkiləri də özləri kimi məhkuma çeviriblər...

Seymur VERDİZADƏ
Yenisabah.az-ın Baş redaktoru

Xəbər 1170 dəfə oxunub.




01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +