“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


25.08.2022  13:00 

“Dedilər ki, torpaq sənin haqqın deyil” - Qazi





A+  A-

İkinci Qarabağ müharibəsi iştirakçısı Süleyman Bədirxanov Pirallahı Rayon İcra Hakimiyyətindən şikayətçidir.

XəzərNews.az xəbər verir ki, o, Meydan TV-yə deyir ki, ilyarımdan çoxdur icra hakimiyyətinə torpaq sahəsi ilə əlaqədar müraciət etsə də, qurumdan rəsmi cavab ala bilməyib.

Uzun süründürməçilikdən sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya yazmaq qərarına gəlib:

“Bundan sonra mənə rəsmi cavab verdilər. Daha doğrusu, icraya çağırıldım. Vətən mübaribəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində mənə dedilər ki, icra hakimiyyətinin balansında torpaq yoxdur. Üstəlik, dedilər ki, bizdən torpaq istəmək, sizin haqqınız deyil. Niyə haqqım deyil? Uğrunda canım-qanım bahasına döyüşdüyüm torpaqdan mənə iki-üç sot pay düşməyəcək? Mən haqqım olanı istəyirəm, torpaq sahəsi versinlər, dolanışığımı düzəldim”.

1996-cı ilə təvəllüdlü Süleyman Bədirxanov 2015-2017-ci illərdə hərbi xidmətdə olub.

2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan, Talış kəndi və Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etdiyini deyir.

Bildirir ki, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

“Maşın ustasıyam, bəzən iş olur, bəzən də yox. Qazandığımı da icarəyə ödəməli oluram. Bunlar da torpağı pulla satırlar”, – söyləyən keçmiş döyüşçü bildirir ki, icra hakimiyyəti ona torpaq verdiyi təqdirdə avtoçilingər emalatxanası açacaq.

Pirallahı Rayon İcra Hakimiyyətindən Meydan TV-nin zənglərinə cavab verilməyib.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə təəssüflə deyir ki, bölgələrdə nəinki döyüşçülər, hətta şəhid ailələri və İkinci Qarabağ müharibəsi əlillərinin problemlərinə baxılmır:

“Prezident İlham Əliyevin tapşırığı var ki, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, əlillər və veteranlara xüsusi qayğı, diqqət göstərilsin. Əksər rayon icra hakimiyyətləri şəhid ailələri, veteran və Qarabağ əlillərinin müraciətlərinə məhəl qoymur. Baxırsan ki, hansısa rayonda məmurun, ya da icra başçısının üç min-beş min hektar torpağı var. Dədəsinin deyil, dövlətin torpağıdır. Torpaqların hamısını qanunsuz yollarla mənimsəyiblər. Deyirsən ki, qaziyə on hektar torpaq ver, vermir. Əksər rayonlarda bu problem var. Hərbi qulluqçu, veteranlara torpaq və ya mənzil verilməlidir. Heç birinə verilməyib”.

Xəbər 1670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +