Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?
“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?


28.07.2021  11:38 

Rusiya bu ölkələrlə təlimlər keçirəcək





A+  A-

“Rusiya, Tacikistan və Özbəkistan kompleks hərbi təlimlər keçirəcək”.
XəzərNews.az xəbər verir ki, bunu tacik həmkarı Şerali Mirzo ilə görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bildirib ki, təlimlər ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi fonunda yaranan təhlükələr ilə əlaqədardır.

Şoyqu əlavə edib ki, Rusiya ilk olaraq Tacikistan, daha sonra Özbəkistanla ayrı-ayrılıqda təlimlər keçirəcək. Bunun ardınca isə Rusiya-Özbəkistan və Tacikistanın iştirakı ilə üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ və NATO hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsi ilə bağlı xəbərlər yayıldıqdan sonra “Taliban” hərəkatı öz fəaliyyətini aktivləşdirməyə başlayıb.

Hazırda Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” döyüşçüləri arasında qarşıdurma gedir. “Taliban” döyüşçüləri kənd bölgələrində çox sayda, eləcə də Əfqanıstan-Tacikistan sərhədinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirə bilib.

Xəbər 3452 dəfə oxunub.




15.08.2025  13:02 

Sabah hava necə olacaq?

15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib


BÜTÜN XƏBƏRLƏR +