Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?
“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?


11.01.2021  11:48 

Xameneinin vaksin qadağasına 200 deputat da qoşuldu





A+  A-

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin peyvəndlərlə bağlı açıqlamasından sonra 200 millət vəkili hökumətə müraciət edib.
XəzərNews.az xəbər verir ki, 286 yerlik İran Parlamentinin iclasında 200 deputat tərəfindən imzalanan sənəddə qərb istehsalı olan vaksinlərin ölkəyə gətirilməsinə rəsmi şəkildə qadağa qoyulması xahiş edilib.

Mətndə qərb peyvənd şirkətləri tərəfindən istehsal edilən dərmanların elmi etibarlılığının olmadığı və ölüm də daxil olmaqla bir çox mənfi təsiri olduğu iddia edilib.

“İran Parlamenti hökuməti ABŞ, İngiltərə və Fransaya aid şirkətlər tərəfindən istehsal olunan hər hansı bir peyvəndin ölkəyə gətirilməsini qadağan etməyə çağırır ki, vətəndaşların sağlamlığına təhlükə yaradılmasın”,- deyə bildirilib.

Çağırışda İranın gənc alimlərinin “COVID-19” ilə mübarizədə əhəmiyyətli bir rol oynadığı vurğulanıb, yerli peyvənd istehsalının dəstəkləndiyi qeyd edilib.

Xatırladaq ki, Xamenei bir neçə gün öncə ABŞ və Böyük Britaniya vaksinlərinin ölkəyə gətirilməsinə qadağa qoyulduğunu açıqlamışdı.

Xəbər 3258 dəfə oxunub.




15.08.2025  13:02 

Sabah hava necə olacaq?

15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib


BÜTÜN XƏBƏRLƏR +