Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?
“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?


23.12.2020  12:37 

Can Dündara 27 il 6 ay həbs cəzası verildi





A+  A-

Türkiyəli jurnalist Can Dündar haqqında siyasi və hərbi casusluq maddəsi ilə 18 il 9 ay, silahlı terror təşkilatına kömək maddəsi ilə isə 7 il 21 ay həbs qərarı verilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Xatırladaq ki, 29 may 2015-ci il tarixində Can Dündarın baş redaktoru olduğu “Cümhuriyyət” qəzetində öz imzası ilə yayımlanan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tırlarında silah daşındığı iddia olunan xəbəri böyük əks-səda vermiş və jurnalist cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımlamaqda ittiham olunmuşdu.

O, məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi.



Xəbər 3418 dəfə oxunub.




15.08.2025  13:02 

Sabah hava necə olacaq?

15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib


BÜTÜN XƏBƏRLƏR +