Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub


15.04.2025  12:35 

Vasif Talıbovun qardaşını məhkəməyə verdilər





A+  A-

Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbov və onun oğlu Samir Talıbova qarşı məhkəmə iddiası qaldırılıb. Hazırda iş Naxçıvan Şəhər Məhkəməsinin icraatındadır.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Samir Feyruzov yayıb.

Məlumatda deyilir:

- Şikayətçilər iddia edirlər ki, M.Talıbov və oğlu fırıldaq yolu ilə bəzi vətəndaşların bahalı əmlaklarını ələ keçiriblər. İddia tələbində görünür ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da var.

Məhkəmədə baxılan işin məzmunundan bəlli olur ki, Talıbovlara bu işdə Naxçıvan MR-in sabiq ədliyyə naziri Daşqın Rəhimov və notariat kontorunun müdiri kimi fəaliyyət göstərmiş Cavid Eyvazov adlı şəxs də yaxından dəstək olub.

Bildirilir ki, bu işlə bağlı Cavid Eyvazov dindirilib və o, sözügedən hərəkətləri sabiq nazir Daşqın Rəhimovun göstərişi əsasında həyata keçirdiyini etiraf edib.

Hazırda M.Talıbovun digər qanunsuz əməlləri ilə bağlı da hüquq-mühafizə orqanlarında araşdırmaların aparıldığı deyilir.

Məlumata görə, M.Talıbov Naxçıvanda tutduğu vəzifədən azad edildikdən sonra Bakı şəhərinə köçüb və hazırda oğlanları ilə birlikdə hakimiyyətdə olduğu dövrdə əldə etdiyi ailə biznesini idarə etməklə məşğuldur. Onun Bakının bir neçə yerində bahalı ticarət obyektləri və mənzilləri mövcuddur. M.Talıbova və ailə üzvlərinə məxsus olan bahalı mülklərlə bağlı da ətraflı məlumat təqdim ediləcək.

Qeyd edim ki, M.Talıbov Naxçıvanın MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun doğma qardaşıdır.



Xəbər 2156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +