Putin Avropaya hakim olmaq istəyir - Budris
Nigar Fərhada görə “Kanal S”in yayımı dayandırıldı
Müəllimlərə “hinduşkabaş” demişdi, işdən çıxarıldı
Şeyx bayram namazından İrana görə imtina edib?
“Şərurlu İsfəndiyar”a görə şərurlular niyə vurulur?
Hərbi xidmətə növbəti çağırış başladı
Sabah gündüz 25° isti olacaq
İrəvanda gəzən azərbaycanlı blogerə cinayət işi açıldı
Rusiya Finlandiya yaxınlaşır? - Peskovdan açıqlama
Qara dənizdə atəşkəs var?


07.02.2024  00:56 

Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür





A+  A-

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür.

Xəzərnews.az xəbər verir ki, Səsvermə saat 08:00-da başlayacaq, saat 19:00-da başa çatacaq.

Seçkidə 7 namizəd mübarizə aparacaq.

Həmin namizədlər aşağıdakılardır:

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Qeyd edək ki, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

Seçkiləri 90 372 müşahidəçi izləyəcək. Bunlardan 790-nı 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçidir. Seçkilərin müşahidəsinə 14 partiya və 83 QHT üzvlərini, tərəfdarlarını, könüllüləri cəlb edib. 50 mindən çox müşahidəçi məhz 14 siyasi partiyanın mənsubudur.

Seçkiləri işıqlandırmaq üçün 109 beynəlxalq media qurumundan 216 jurnalist akkreditasiyadan keçib.

Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində, yəni fevralın 17-dək prezident seçkilərinə yekun vurulmasını və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir.

Xəbər 1707 dəfə oxunub.




01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"

01.04.2025  09:52 

Ermənilər atəşkəsi pozub

01.04.2025  09:40 

Bakıda piyadanı maşın vurub

31.03.2025  09:31 

Volkan Konak vəfat edib


BÜTÜN XƏBƏRLƏR +