Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


06.06.2023  13:53 

İcra başçısının sabiq müavini həbs olunub





A+  A-

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

XəzərNews.az "Report”a istinadən xəbər verir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb.

Onun içkili olduğu ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis idarəsinə aparılıb.

Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətinəin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, faktla bağlı cinayət işi başlanılıb. O, cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış materialların aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərildiyini qeyd edib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Xəbər 1378 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +