Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


24.10.2019  09:48 

Arıqlamağa kömək edən səhər vərdişləri





A+  A-

Əgər bir neçə səhər vərdişinə əməl etsəniz, sərt pəhriz və yorucu məşqlərsiz də arıqlaya bilərsiniz. Bu barədə Avstraliyanın tanınmış diyetoloqu Syuzi Barrell danışıb.
XəzərNews.az-ın məlumatına görə, mütəxəssisin məsləhətlərini “Daily Mail” nəşri yayımlayıb.

İlk növbədə, Barrellin sözlərinə görə, hər səhər 300-500 ml. su içmək lazımdır. Bu, gecə istirahətindən sonra hidratasiyanı bərpa etməyə və həzm sistemini işə salmağa kömək edəcək. Eləcə də həmin vaxtda yaşıl çay içmək tövsiyə olunur. Kofein isə metabolizmi yaxışlaşdırır və arıqlamağa kömək edir. Barrell onu südsüz içməyi məsləhət görür.

İkinci səhər vərdişi zülallı səhər yeməyi olmalıdır. Bu cür qida qanda qlükozanın səviyyəsini normallaşdırmağa kömək edəcək və uzun müddət sizi tox saxlayacaq. Və onda heç nə yemədən, əlavə kalorisiz nahara qədər dözmək mümkün olacaq. Bundan əlavə, diyetoloq gündə 20-30 qram lif qəbul etməyi məsləhət görür.

Mütəxəssis günə şirniyyatla başlamamağı tövsiyə edir. Əks halda, orqanizm onu irəliləyən saatlarda da tələb edəcək. Səhər yeməyinə ağ çörək, meyvəli yoqurt və keks daxil etmək məqsədəuyğun sayılmır.

Xəbər 1771 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +